7 yanvar 2014 11:55
Qarabağ bu gün Antalyaya yola düşür
"Qarabağ" 2014-cü ilə start verir. Azerisport.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 2-ci yarısının hazırlıqları üçün bir araya gəlib.
Komanda çempionatda yaranmış fasilədən sonra bu gün yığışaraq birbaşa təlim-məşq toplanışına yollanacaq. "Qarabağ" ilin ilk hazırlığı üçün Bakı – İstanbul – Antalya reysiylə qardaş ölkəyə hərəkət edir. Türkiyədə 19 günlük hazırlıq keçəcək komanda yanvarın 26-da eyni reyslə də Bakıya qayıdacaq.
