7 yanvar 2014 11:41
İnterin aparıcı futbolçusu klub ilə yollarını ayıra bilər
"İnter"in müdafiəçisi Brüs Abdulay komandadan ayrıla bilər. Azerisport.az xəbər verir ki, onun paytaxt klubu ilə müqaviləsinin müddəti başa çatıb.
"Bankirlər"in üzvü hazırda təklifləri gözdən keçirir. Lakin onun ilkin hədəfi indiki klubu ilə yeni razılıq əldə etməkdi.
Abdulay ilə Premyer Liqamızın daha iki klubunun maraqlandığı bildirilir. Bunlardan biri "Qəbələ"di.
