7 yanvar 2014 19:55
Kamran Ağayev: Pantiçin gəlişini gözləyirəm
"Bakı"nın qapıçısı Kamran Ağayev azerisport.az saytına açıqlamasında klubdan çıxarılacağı ilə bağlı məlumatları təkzib edib: "Bu gün istirahətdən qayıtmışam. Mətbuatda yazılanlar barədə xəbərim yoxdur. Klubdan mənə heç nə deyilməyib. Yanvarın 11-də hazırlıq başlayır. İki gün sonra isə baş məşqçi Milinko Pantiç Bakıda olacaq. Hər hansı xəbər olsa, mənə deyəcəklər. Hazırda "Bakı"dan çıxarılmağımla bağlı heç kim mənə məlumat verməyib. Ona görə deyilənlərə münasibət bildirmək çətindir. Pantiçin gəlməyini gözləyək".
