7 yanvar 2014 19:19
Pantiç Ağayevi intizamı pozmaqda təqsirləndirdi
Çox güman ki, “Bakı”nın qapıçısı Kamran Ağayev transfer bazarına çıxarılacaq. Azerisport.az xəbər verir ki, klub düşərgəsindən isə tələsməməyi və komandanın baş məşqçisi Milinko Pantçi gözləməyi məsləhət biliblər.
Ancaq bununla belə, komanda yoldaşları Pantiçin Kamran Ağayevi transferə çıxarmaq niyyətində olduğunu hesab edirlər. Serb məşqçi Kamran Ağayevin intizamsızlıq edərək klubda ab-havanı pozması fikrini gizlətməyib.
Xatırladaq ki, “Bakı”da Ağayevdən başqa daha üç qapıçı var: Elxan Əhmədov, Edin Nuredinoski və Aqil Məmmədov. Qeyd edək ki, son iki futbolçu bu mövsüm meydana çıxmayıb.
