7 yanvar 2014 18:55
Kamran Ağayevin taleyinə Pantiç aydınlıq gətirəcək
“Bakı” futbol klubunda KİV-də yayılmış məlumata görə, millinin qapıçısı Kamran Ağayevin daha komandada oynamayacağı xəbərinə şərh verilib. Azerisport.az şərhi diqqətinizə çatdırır:
“Hazırda Kamran Ağayevin “Bakı”dakı gələcəyi barədə danışmaq çərindir. Çünki bunu baş məşqçi Milinko Pantiç həll edəcək. O, Bakıya yanvarın 9-da dönəcək və klub rəhbərliyinə transferə çıxarılacaq futbolçuların siyahısını təqdim edəcək. Kamran Ağayevin bu siyahıda olub-olmamasını yalnız Pantiçə məlumdur”.
