7 yanvar 2014 18:33
Rəvanın hazırlıq çərçivəsində ilk rəqibləri məlumdur
Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərinə yollanacaq "Rəvan” hazırlığın ilk hissəsini Bakıda keçəcək. Azerisport.az xəbər verir ki, komanda bu müddətdə iki yoxlama görüşündə də qüvvəsini sınayacaq.
Artıq görüşlərin detalları da tam dəqiqləşib. Belə ki, komandamız ilk olaraq "Sumqayıt” ilə üz-üzə gələcək. Görüş yanvarın 10-u 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Bundan iki gün sonra isə "Rəvan” "Araz Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma isə "Bayıl Arena”da oynanılacaq. Görüş 13:00-da başlayacaq.
(Klub saytı)
