7 yanvar 2014 18:22
Rəvan qrafik üzrə hazırlaşır
"Rəvan" qış hazırlıq planı çərçivəsində yanvarın 5-dən əməli fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, komanda "Bayıl Arena”da yeni baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında hazırlıq keçir.
Gündə 2 dəfə məşq edən futbolçular arasında hələ ki legionerlər yoxdur. Əvəzində baş məşqçi əvəzedici komandadan bir neçə futbolçunu sınayır. Hələlik məşqlər intensiv xarakter almayıb. Kurtar daha çox düşərgədə olanlara öz oyun fəlsəfəsini başa salmağa çalışır.
(Klub saytı)
