7 yanvar 2014 17:46

Risto Ristoviç: Mənim Rauf və Əfranla problemim yoxdu

"Bakı"nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviçin azerisport.az saytına müsahibəsi
 
- Komandanız hazırlığa az qala bütün rəqiblərindən gec başlayacaq...
- Bu, baş məşqçinin planıdı. Komandanı necə hazırlaşdırmaq lazım olduğunu o daha yaxşı bilir.
 
- Fasilə zamanı turnir cədvəlinə baxmısız?
- Bizdə hər şey o qədər də çox pis deyil. Bizim beşinci pillədən daha yuxarı qalxmaq perspektivimiz var. Son iki dövrə bütün komandalar üçün çətin olacaq.
 
- Qarşıda  18 tur var. Sizcə, çempion olmağınız mümkündü?
- Sabah nə olacağını heç kim bilmir. "Bakı" çempion olmaq üçün böyük qəhrəmanlıq etməlidi. Bu, çox çətin olsa da, mümkündü.
 
- Bunun üçün komandanız ötən illə müqayisədə daha yaxşı oynamalıdı...
- Komandamız daha yaxşı oynamağa çalışacaq. Mən də öz növbəmdə yaxşı çıxış etməyə çalışacam.
 
- Komandanızın güclənməyə ehtiyacı var?
- Hələ kimin gedəcəyi, kimin qalacağı bəlli deyil.
 
- Sizin komandadan getməyiniz mümkündü?
- Ötən ilin sonunda mən klubla yeni müqavilə imzalamışam.
 
- Sizcə, yeni oyunçular alınmalıdı?
- Mənim fikrimcə, yox. İndiki heyət də böyük hədəflərin öhdəsindən gəlməyə qadirdi...
 
- Bugünlərdə Mindauqas Kalonas bəyan etdi ki, onun "Bakı"dan transferə çıxarılmasına səbəb Rauf Əliyev və Əfran İsmayılovla aralarındakı problemdi. Sizin də onlarla probleminiz var?
- Kalonasla bağlı nə baş verdiyini bilmirəm. Amma mənim digər futbolçularla problemim yoxdu. Komandanın bütün üzvləriylə yaxşı münasibətim var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.