7 yanvar 2014 16:25
AZAL Belçika, Braziliya, Serbiya və Bosniyadan futbolçu gətirir
AZAL mövsümün qalan hissəsinin hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda hələlik yerli futbolçularla hazırlıq keçir.
Legionerlər yanvarın 8-9-da düşərgəyə qoşulacaqlar. Həmçinin toplanışa bir sıra ölkələrdən legioner futbolçuların baxışa gəlməsi gözlənilir. Onların arasında Belçika, Braziliya, Serbiya, Nigeriya, Bosniya və Gürcüstan kimi ölkələrdən futbolçular var.
