7 yanvar 2014 15:39
Jerve Martel: Məmmədov olmasaydı, indi Lans da olmazdı
Fransa 1-ci Liqasında mübarizə aparan "Lans" klubunun prezidenti Jerve Martel maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, bu klubun səhmlərinə sahib olan "Bakı"nın prezidenti Hafiz Məmmədovun xidmətlərindən danışıb:
"Hafiz Məmmədov gənc Azərbaycan Respublikasının futbol nümayəndəsidi. Onsuz indi "Lans" olmazdı. İndi klubumuzda hər şey məhz onun sayəsində qurulur. Məmmədov bir neçə layihə fikirləşib. Hər şey tədricən həyata keçiriləcək".
