7 yanvar 2014 15:10
Veteran futbolçumuz dünyasını dəyişdi
Azərbaycanın veteran futbolçusu Bəxtiyar Qulamov vəfat edib. Azerisport.az xəbər verir ki, vaxtilə tanınmış futbolçularımızdan olmuş Qulamov 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1972-78-ci illər aralığında "Neftçi"nin heyətində 195 çempionat və kubok matçına çıxıb. Futbolçu karyerasını başa vurduqdan sonra isə məşqçi kimi fəaliyyət göstərib.
Azerisport.az saytının kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
