7 yanvar 2014 14:56
Yığmamız Belçika, İsveçrə və Finlandiyaya qarşı
Yanvarın 10-dan 12-dək İsveçrənin Bern şəhərində eşitməqüsurlu əlillərdən ibarət yığma komandalar arasında futzal üzrə Avropa mini-turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığma komandası mini-turnirdə iştirak edəcək.
Yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
11 yanvar, saat 12:00
Belçika – Azərbaycan
11 yanvar, saat 21:00
İsveçrə - Azərbaycan
12 yanvar, saat 11:00
Azərbaycan – Finlandiya
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
