7 yanvar 2014 01:30
İnterin Türkiyədəki ilk günü (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, "İnter" təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə yollanıb. Azerisport.az xəbər xəbər verir ki, ötən gün "bankirlər" qardaş ölkədə hazırlıqlara start verib.
Türkiyə toplanışının birinci günü iki məşq prosesini əhatə edib. Futbolçular səhər baş tutan çalışmalara trenajor zalından başlayıblar.
Daha sonra oyunçular meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.
Axşam məşqində isə futbolçular daha çox topla məşq ediblər, sonra ikitərəfli oyun keçiriblər.
Bu gün daha iki məşqin keçirilməsi planlaşdırılır.
