6 yanvar 2014 11:54
İnterin daha bir rəqibi məlum oldu
Türkiyədə hazırlığa başlayan "İnter" klubunun daha bir rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, komanda yanvarın 12-də aşağı bundesliqa təmsilçisi "Arminiya" ilə mübarizə aparacaq.
Ardınca "bankirlər" yanvarın 15-də Almaniyanın "Holştayn" klubuyla qarşılaşacaq. Ümumilikdə, "İnter" hazırlıq dönəmində 5 yoxlama görüşü keçirəcək.
