6 yanvar 2014 13:55
Azərbaycan Çexiyaya da uduzdu (YENİLƏNİB)
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız bu dəfə Çexiya ilə qarşılaşıb.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Çexiya isə startda Yaponiyaya 1:3 hesabıyla uduzmuşdu. Bu görüşdə isə çexlər yığmamızdan üstün olublar.
Bu gün C qrupu çərçivəsindəki digər oyunda Yaponiya Yunanıstanla qarşılaşacaq.
Valentin Qranatkinin xatirə turniri
C qrupu
6 yanvar
Azərbaycan - Çexiya - 0:2 (0:0)
