6 yanvar 2014 11:18
İnter artıq Türkiyədədi
Xəbər verdiyimiz kimi, "İnter" mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, ötən gün axşam saatlarında "İnter" Türkiyəyə gəlib.
Antalyanın Bələk bölgəsində yerləşən "Titanik Delyuks" otelində məskunlaşan komanda bu gün səhər saatlarında Türkiyədəki ilk məşqinə çıxıb. Hazırlıq planına əsasən futbolçular əvvəl fitnes zalında çalışıblar, daha sonra isə meydana çıxıblar.
Qeyd edək ki, "İnter"in Antalyadakı toplanışı ayın 25-nə kimi davam edəcək.
Əlavə edək ki, "bankirlər" təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək.
