6 yanvar 2014 19:44
Elnur Cəfərov Çexiya qarşı oyunda ən yaxşı oyunçu seçildi (FOTO)
Bu gün 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirini çərçivəsində çexiyalı həmyaşıdları ilə qarşılaşıb (0:2). Azerisport.az xəbər verir ki, oyundan sonra Azərbaycan yığmasının heyətində ən yaxşı oyunçu Elnur Cəfərov seçilib.
Rəqib düşərgədə bu adı Latso Takaç qazanıb.
