6 yanvar 2014 19:33

İsgəndər Cavadov: Yığmamızın Qranatkinin xatirə turnirində iştirakı bizi sevindirir

1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, komandaya dəstək olmaq üçün Rusiyaya səfər edən AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov affa.az saytına fikirlərini bildirib:
 
“Hələ SSRİ dönəmindən – 1981-ci ildən etibarən keçirilən bu turnir hər zaman diqqət mərkəzində olub və burada çox güclü komandalar mübarizə aparıb. Bu gün də turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək lazımdır.
 
Sevindirici haldır ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığma komandası artıq altıncı dəfədir ki, ardıcıl olaraq bu turnirdə iştirak edir. Bu, AFFA tərəfindən yığma komandalara yaradılan hərtərəfli şəraitin göstəricilərindən biridir. Müxtəlif yaş qruplarından ibarət yığmalarımız il ərzində nüfuzlu turnirlərdə mübarizə aparır. Belə yarışlarda çıxış etmək futbolçuların ayrı-ayrılıqda, eləcə də komanda şəklində inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Əlbəttə, Valentin Qranatkinin xatirə turnirində yığmamızın iştirakı bizi sevindirir. Lakin komandamızın nəticələrinin də bizi sevindirməsini istərdik. Burada çıxış edən futbolçulardan Mahir Mədətov, Elnur Cəfərov, Fəhmin Muradbəyli və digərləri yaxşı oyun nümayiş etdirirlər. İstərdim ki, komandamızın ifasında daha hücumameyilli futbol izləyək.
 
Oyunlardan öncə və sonra futbolçularla söhbətlərim olur və onlara bildirirəm ki, daha inamlı, qələbə əzmi və istəyi ilə mübarizə aparmaq lazımdır.
 
Klublarımızın da uşaq və yeniyetmə futboluna xüsusi yanaşması vacibdir. Yığma komandaların düşərgəsinə futbolçular klublardan gəlir. Düşünürəm ki, klublarda bu istiqamətdə işlər daha yaxşı həyata keçirilsə, həm klubların, həm də yığmaların nəticələrinə müsbət təsirini göstərəcək”.
 
(AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.