6 yanvar 2014 17:55

Nikolay Adam: Azərbaycan futbolunu qaldırmağa yox, onun inkişafına kömək etməyə gəlmişik

1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam, komandasının Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı ənənəvi beynəlxalq turnirdə Çexiya yığmasına qarşı keçirdiyi oyun (0:2) haqda fikirlərini bildirib. Azerisport.az Adamın müsahibəsini diqqətinizə çatdırır.
 
“Çexiya yığmasını təbrik edirəm. Onların yaxşı təşkil edilmiş komandası var. Bu gün qələbənin hər iki tərəfə lazım olduğunu bilirdik. İlk oyundakı taktikanı seçdim. Ancaq planımız baş tutmadı. Səbəb, bizim hücum xəttimizdə hisslərin, partlayışın, orijinallığın yoxluğu idi”, deyə Adam bildirib.
 
- Komandanızın hücumuna qiymət verdiniz, bəs digər xətlər haqda nə deyə bilərsiniz?
- Siz tam haqlı deyilsiniz. Komandanı xətlər üzrə, məsələn, hücumdakı fəaliyyətə görə qiymətləndirmək olmaz. Bəli, irəlidə bizə partlayışın çatmadığını dedim, ancaq bizim sürətimiz də çatışmırdı. Oyunun statistikasına baxın: 75%-in 25%-ə nisbətdə rəqibin topla oynama üstünlüyü vardı. Əsas səbəb, sürətin və qərar vermə sürətinin olmaması idi.
 
 Əvəzetmələrin birində siz kapitanı meydandan aldınız. Demək, siz hələ də komandanın liderini müəyyən etməmisiniz?
Bu əvəzetmədə xüsusi problem görmürəm. Oyunçu yorulmuşdu və onu əvəzlədim. Ancaq o, doğrudan da komandamızın lideridir. Mirkamil Həşimli hazırda Türkiyənin “Fenerbahçe” klubunda çıxış edir. Komandamızda onun böyük nüfuzu var.
 
Siz alman futbol məktəbinin təmsilçisisiniz və Azərbaycan yığmasını çalışdırırsınız. Mentalitetlərdə fərq sizin üçün problem deyil ki?
Qətiyyən yox! Mənim problemim yoxdur. Yerli federasiyanın böyük inkişaf istəyi və imkanı var. Biz almanlar bura Azərbaycan futbolunu qaldırmağa yox, onun inkişafına kömək etməyə gəlmişik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.