6 yanvar 2014 17:17
Miroslav Soukup: Çətin olsa da, qol vurmağı bacardıq
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra Çexiya yığmasının baş məşqçisi Miroslav Soukup oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Soukup bunları söyləyib:
“Azərbaycan yığmasının turnirdəki ilk oyununu izləmişdik. Yaxşı müdafiə və hücum qurmaq baxımından təhlükəli yarımmüdafiə xəttinə malik komanda olduğunu bilirdik. Nə qədər çətin olsa da, qol vurmağı bacardıq. Futbolda isə qələbəni qol vuran qazanır. Ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıq”.
