6 yanvar 2014 17:05
Nikolay Adam: Taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Adam bunları söyləyib:
“İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu. Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı”.
