6 yanvar 2014 16:44

Qəbələ 10-cu dəfə Türkiyədə

2013/14 mövsümünün ilk yarısını 2-ci pillədə başa vuran “Qəbələ”nin qış fasiləsini hazırlıq məqsədilə Türkiyədə keçirəcəyi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, artıq qonşu ölkədə olan "qırmızı-qaralar" Türkiyəyə ilk dəfə 2006-cı ilin yayında qədəm qoyub. 
 
Bununla "Qəbələ" 10-cu dəfədi ki, təlim-məşq toplanışı üçün Antalyaya üstünlük verir. Bundan başqa Avstriya, Sloveniya və İngiltərədə də hazırlıq keçirən komanda indiyədək 9 dəfə Türkiyədə toplanışda olub. 6-cı dəfə qışda qonşu ölkəyə yollanan komanda burada ümumilikdə 38-i xarici klublarla olmaqla 40 qarşılaşmada qüvvəsini sınayıb. Daha 2 matçda isə “Qəbələ” “Neftçi” ilə görüşüb. 
 
Ümumilikdə isə ölkə xaricində 51-i əcnəbilərlə olmaqla 53 yoxlama matçına çıxan “qırmızı-qaralar” bu dəfə daha 6 görüşdə qüvvəsini sınayacaq. 2-si Qəbələdə, 5-i xaricdə olmaqla 53 dəfə xarici klubları sınağa çəkən “Qəbələ” bu ilin yanvarında 6 oyuna çıxacaq.
 
Bu qədər çox oyunun keçirilməsi 1 il əvvəlki rekordun təkrarıdır. Digər toplanışlarda isə komanda 3-5 matçla kifayətlənirdi. Bu dəfəki 6 qarşılaşmadan dördündəki rəqib artıq bəllidir. Onlardan biri – “Konyaspor”la “Qəbələ” 2008-ci ilin yayında da qarşılaşmışdı. 6 il əvvəlki görüşdə qapılara qol vurulmamışdı. Bu matç Türkiyə təmsilçiləri ilə yubiley – 15-ci yoxlama oyunu olacaq. Bunadək 7 qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqində isə təmsilçimiz böyük üstünlüyə malikdir – 28:11. Rəqiblər arasında isə “Trabzonspor” və “Gənclərbirliyi” kimi tanınmış klublar da olub. Düzdür, hələ rəqibin dəqiqləşmədiyi tarixdə - yanvarın 10-da Türkiyə komandası ilə matç baş tutsa da, yubiley ertələnəcək.
 
Yanvarın 13-də “Tobol”, 1 həftə sonra Semipalatinsk “Spartak”ı ilə görüşəcək “Qəbələ” indiyədək Qazaxıstan klubları ilə 2 dəfə görüşüb. Komandamız həm “Taraz” (0:1), həm də “Atırau”ya (1:2) uduzub.
 
“Volqa” isə “qırmızı-qaralar”la görüşəcək 4-cü Rusiya klubu olacaq. Əvvəlki 3 matçda “Qəbələ” məğlub olmayıb. Təmsilçimiz 1 qələbə qazanıb 2 heç-heçə etdiyi görüşlərdə 4 top vuraraq 3-nü buraxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.