6 yanvar 2014 15:22
Orxan Əliyev Xəzər Lənkəranda
"Xəzər Lənkəran" gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, Lerik rayonunda dünyaya gəlmiş Orxan, futbol karyerasına Rusiya Federasiyasında başlayıb.
2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"ın heyətinə keçib. 2,5 il ərzində bu klubun formasını geymiş Orxan "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu gündən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.
(Klub saytı)
