6 yanvar 2014 15:00
Milinko Pantiç: Azərbaycan dilini öyrənməyi vəd verirəm
“Bakı”nın baş məşqçisi Milinko Pantiç paytaxt təmsilçisinin düşərgəsindəki işindən, həmçinin, Madrid “Atletiko”sunun çıxışından danışıb. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Bu, çox yaxşı təcrübə idi. Ağır olsa da, çox gözəl təcrübə idi. Komandada hələ çox şey üzərində işləmək lazımdır. Biz güclü yerli komandalara qarşı mübarizə aparırıq”, deyə Pantiç sözə başlayıb.
Mütəxəssisin sözlərinə görə, hələlik dil səddi işləmə maneə törətmir: “Azərbaycan dilini öyrənməyi vəd verirəm. Mənim ispancadan tərcüməçim var. Həmçinin, rusca danışıram. Bizə bu dili 8 yaşdan məktəbdə öyrədiblər. Bu, əhalinin yarısının danışa bildiyi dildir”.
Keçmiş klubu “Atletiko”nun çıxışına toxunan Pantiç, madridlilərin yarımmüdafiəçisi Koke haqda fikrini bildirib: “Ona görə şadam. Çox yaxşı oynayır və əminəm ki, məndən də yaxşı olacaq. Mən “Atletikio”ya 30 yaşım ərəfəsində, demək olar ki, karyeramın qürubunda gəlmişdim. Bu nöqteyi-nəzərdən Kokenin gələcəyi qarşıdadır. O, bütün gənclər üçün bariz nümunədir. Əsas heyətdə yerini sakitcə təmin edib. Bunu sadəcə öz üzərində işləməklə qazanıb. Hazırda o, Simonenin meydandakı “əlidir”. Bir vaxtlar Antiçin dövründə də eyni vəziyyət idi. Simone nəyi necə etməyi bilir”.
Serb mütəxəssis bildirib ki, “Atletiko”nun La Liqada uğur qazanmaq imkanı var: “Hazırda “Atletiko” üç cəbhədə döyüşür və iştirak etdiyi hər bir yarışda qələbəyə əsas namizədlərdəndir.
(AS)
