6 yanvar 2014 14:44
Çumbinyo Qarabağdan gedir?!
Yunanıstan KİV-i Çumbinyonun “Qarabağ”dan gedişini israrla əsaslandırmaqda davam edir. Azerisport.az xəbər verir ki, yunanlar gəzən söz-söhbətə bu dəfə əsaslı səbəb də tapıblar.
“Çumbinyonun həyat yoldaşı Azərbaycanda qalması üçün uzunmüddətli viza ala bilmir. Bu səbəbdən futbolçu pis psixoloji vəziyyətdədir”, deyə “Sentragoal” portalı məlumat yayıb.
Həmçinin, futbolçunun müqaviləyə xitam təqdirində “Qarabağ”a 250 min avro ödəmək niyyətində olmadığı, ancaq tərəflərin 100 min avro məbləğində razılığa gəldiyi barədə də məlumat yayılıb.
