6 yanvar 2014 13:22
Leonidas Kivelidis: Azərbaycan klubuna keçməyə bürokratik əngəllər mane oldu
Yaxın vaxtlarda Azərbaycan klublarından birinə keçəcəyini bəyan etmiş yunan hücumçu Leonidas Kivelidis, bu keçidin hansı səbəbdən baş tutmamasına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, “PAS Yannina” ilə müqavilə bağlamış hücumçu bunları söyləyib:
“Kerkira”dan sonra bir neçə təklifim olsa da, onları nəzərdən keçirməmişdim. Mənə yaxşı pul təklif etmiş bir Azərbaycan klubu ilə razılığa gəmişdim. Ancaq bəzi bürokratik əngəllər bu keçidin baş tutmasına maneə törətdi. Mən lazımı sənədləri ala bilmədim və Yunanıstanda qaldım”.
Qeyd edək ki, Yunanıstan mətbuatının məlumatına görə, 28 yaşlı hücumçusu “Bakı”nın maraq dairəsində olub. Ancaq sonda futbolçu Yunanıstan Superliqasında çıxış etməyə hazırlaşan “Pantrakikos”un heyətinə qatılıb.
