5 yanvar 2014 00:44
Elnur Allahverdiyev Qəbələdə qalacaq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev "Qəbələ"də qalacaq. Azerisport.az xəbər verir ki, bölgə klubu ilk iki dövrədə heyətində yer alan futbolçunu mövsümün sonunadək komandada saxlamağa hazırlaşır.
Qeyd edək ki, Allahverdiyev əslində müqavilə ilə "Xəzər Lənkəran"a məxsusdu. Bu qış cənub klubu futbolçusunu heyətinə qaytarmaq istəyirdi. Lakin görünür tərəflər Elnurun "Qəbələ"də qalması barədə yeni razılığa gəliblər.
Əldə etdiyimiz məlumata görə, Allahverdiyev gələn həftə "Qəbələ" ilə birgə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Yuri Syominin komandası artıq bu gündən mövsümün qalan hissəsinin hazırlığına start verəcək.
