5 yanvar 2014 12:07
İnter Bundesliqa klubu ilə sınaq matçı keçirəcək
"İnter"in qış təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Almaniyanın "Holşteyn" komandası ilə qarşılaşacaq.
Üçüncü Bundesliqada çıxış edən bu komanda ilə qarşılaşma yanvarın 15-də baş tutacaq.
Qeyd edək ki, "İnter" də mövsümün qalan hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
