5 yanvar 2014 11:10

Elnur Allahverdiyev: Hansı klub məsələni öz xeyrinə həll etsə...

"Qəbələ"nin futbolçusu Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində müqaviləylə "Xəzər Lənkəran"a məxsus olmasından, çempionatın ilk yarısında keçirdiyi oyunlardan, cənubluların sabiq baş məşqçisi Con Toşakdan danışıb.
 
- Yeni ildə hansı komandanın şərəfini qoruyacaqsız?
- Çempionatın ilk yarısını icarə əsasında "Qəbələ"də başa vurdum. Orada hər şey yüksək səviyyədə idi. Oyunlarda çalışırdım lazım olduğumu göstərim. İndi icarə müddətim başa çatdı. Müqaviləylə "Xəzər Lənkəran"a məxsusam. Ona görə hələ hansı klubda qalacağım dəqiq bilinmir. Hər iki klub xidmətimdə maraqlıdı. Ona görə bir qədər gözləmək lazımdı. Şənbə gününə qədər artıq hər şey həll olunacaq.
 
- Sizin qərarınız həlledici olacaq. Lənkərana qayıtmaq istəyirsiz?
- Hər iki kluba hörmətim olduğunu deməliyəm. Həm Lənkəran, həm Qəbələ təmsilçisinə hörmətlə yanaşıram. Karyeramı harada davam etdirəcəyim rəhbərlik səviyyəsində həll olunur. Futbolçu kimi işimi görməyə hazıram. Ayrıseçkilik etmək istəməzdim. Hansı qərar qəbul olunsa, hörmətlə yanaşacam.
 
- Deməli, sizin müqavilə məsələniz rəhbərliklər arasında həll olunur...
- "Qəbələ" klubuna icarəyə veriləndə deyilmişdi ki, qışda onu qaytarmaq fikrimiz ola bilər. İndi Qəbələ təmsilçisi razılaşmanın müddətini artırmaq istəyir. "Xəzər Lənkəran" isə geri qaytarmaq niyyətini açıqlayıb. Mən də gözləmə mövqeyindəyəm. İnanın necə həll olunacağından xəbərim yoxdu. Digər tərəfdən Lənkərandan ayrılanda deyilmişdi ki, Toşak getsə, kluba qaytarılacam.
 
- Bir tərəfdə mövsümə uğursuz başlayan XL, digər tərəfdə çempionluğa oynayan Qəbələ...
- Mənim üçün o qədər fərqi yoxdu. Hər ikisi Azərbaycan klubudu. Müəyyən mənada hər ikisi mənə yaxşı münasibət göstərib. Ona görə kim məsələni öz xeyrinə həll etsə, orada çıxış etməli olacam.
 
- Niyə Toşakın Lənkərandakı karyerası uğurlu alınmadı?
- Gedənin dalınca danışmazlar. Amma hər şeyi gördünüz. O, elə bilirdi ki, Azərbaycan çempionatında işləmək asandı. Ölkəmizə gələndə komandamız ikinci altılıqda idi. Buna görə yeni transferlər etmədi. Aldığı futbolçular da kluba layiqli deyildi. Rəhbərlik hər məşqçiyə yüksək səviyyədə şərait yaradır. Amma o, heyəti gücləndirə bilmədi. Elə bilirdi burda çalışmaq asandı. Gərək işə diqqətlə yanaşasan.
 
- Yuri Syomin də Azərbaycanda yeni işləyən məşqçilərdəndi...
- Syominin yaratdığı "Qəbələ" liderlər qrupundadı. Düzdü, cəmi 5-6 aydı işləyir. Amma yaxşı komanda yaradıb. Özüm orada oynadığım üçün demirəm, futbolçular yaxşı formadadı. Bütün rəqiblərə qarşı layiqli mübarizə aparır. Syomin Azərbaycan çempionatının çətin turnir olduğunu anladı, ona görə işi düz gedir.
 
- Mustafa Dənizli "Xəzər Lənkəran"ı dəyişə biləcək?
- Türk məşqçilər həmişə bizə yaxın olur. Digər tərəfdən hər şey transferlərdən asılı olacaq. Komanda güclənməlidi. Heyətdə yeni oyunçulara ehtiyac var. Yaxşı transferlər olacağı halda komandada inkişaf olacaq. Müəyyən mənada zaman da keçməlidi. Dəyişiklik dərhal hiss olunmur. Dənizli "Xəzər Lənkəran"ı əvvəlki vəziyyətinə qaytara bilər.
 
- "Xəzər Lənkəran" cari mövsüm avrokuboklara vəsiqə qazana biləcək?
- Şans həmişə var. Azərbaycan Kuboku var. Çempionatda irəliləmək olar. Sadəcə, çətin olacaq. Turnir cədvəlində 8-10 xallıq fərqi aradan götürmək sizə asan gəlməsin. Elə kubok mübarizəsi də çətin olacaq. Azərbaycan Kubokunda bütün klublar finala çıxmaq istəyir. Şanslar hamı üçün bərabərdir. Naxçıvanın "Araz" klubunun da şansı var, "Xəzər Lənkəran"ın da, digər komandaların da.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.