5 yanvar 2014 19:30
İsrafilov oynadı, komandası uduzdu
Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Real Mursiya" 20-ci tur çərçivəsində evdə “Tenerife” ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin məğlubiyyəti (1:2) ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb. Lakin o, 55-ci dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, “Mursiya” 20 turdan sonra 27 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
