5 yanvar 2014 18:00
Bakının futbolçusu Lansın formasında meydana çıxa bilər
"Bakı" klubunun 4 futbolçusu Fransaya səfər etməyə hazırlaşır. Klubdan azerisport.az saytına verilən məlumata görə Valeh Seyidov, Mahir Mədətov, Nicat Əsgərov və Ülvi Süleymanovun "Lans"ın düşərgəsində hazırlığı bir neçə ay davam edəcək.
"Bakı"nın yeniyetmələri yaxşı fiziki hazırlığa malik olacaqları təqdirdə karyeralarını Fransada davam etdirəcək. Adı çəkilən futbolçulardan ikisi "Lans"ın heyətində ikinci liqada meydana çıxa bilər.
Qeyd edək ki, futbolçular yanvarın 7-də səfərə çıxacaq. Bundan əvvəl "Bakı"nın aşağı yaş qruplarından ibarət digər komandaları Madrid "Atletiko"sunda hazırlıqda olub.
