5 yanvar 2014 15:20
XL Türkiyədə ilk məşqə çıxdı, braziliyalı qapıçının yolunu gözləyir
"Xəzər Lənkəran" Türkiyədəki təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bu gün Antalyada ilk məşqinə çıxıb.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, yaxın iki gün ərzində "ağ-yaşıllar"ın düşərgəsinə braziliyalı qapıçı təşrif buyuracaq. Lakin onun haqqında hələlik heç bir məlumat verilmir.
