5 yanvar 2014 14:28
Bəhruz Şirəliyev: Diniyevin Rəvandan getməsini istəmirdik
"Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev Şahin Diniyevin istefası və onun yerinə türkiyəli Güvenç Kurtarın gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bizdə nəyə görəsə, istefalara bir qədər fərqli yanaşırlar. Hər yerdə nəticəyə görə məhz baş məşqçilər məsuliyyət daşıyır. Buna baxmayaraq, biz istəməzdik ki, Şahin Diniyev kimi yaxşı bir insan komandamızı tərk etsin. O, özü qeydə alınan nəticələri nəzərə alaraq, getməyə qərar verdi. Onun bu barədə ilk təklifi qəbul olunmamışdı. Lakin fikrində qəti olduğunu bildirəndən sonra biz də onun istefasını qəbul etməli olduq. Yeni baş məşqçimizə gəlincə, Güvenç Kurtar Türkiyədə tanınmış, təcrübəli mütəxəssisdi. Onun televiziyadakı çıxışına görə bəyənilərək gətirilməsi haqda dediklərinə gəlincə, təbii ki, elə deyil. Biz onun karyerasını, digər komandalardakı işini nəzərə aldıq. Şübhəsiz ki, hansısa məşqçini yalnız televiziyadakı çıxışına görə komandaya dəvət etmək düzgün olmazdı".