5 yanvar 2014 13:52
Rəvan sabah türkiyəli mütəxəssis ilə müqavilə imzalayacaq
"Rəvan"ın yeni baş məşqçisi olacaq Güvenç Kurtar artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, ötən gün ölkəmizə təşrif buyuran türkiyəli mütəxəssis artıq yeni komandasının əvvəlki oyunlarının videoyazılarına baxmağa da imkan tapıb.
Sabah isə o, klub rəhbərliyi ilə görüşəcək və müqavilənin son detallarını müzakirə edəcək. Bundan sonra tərəflərin müqaviləyə imza atması gözlənilir. Müqavilənin müddəti barədə heç bir məlumat verilmir.
