5 yanvar 2014 13:21
Bakı Styaua ilə qarşılaşacaq
"Bakı"nın qış təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Rumıniya "Styaua"sı ilə qarşılaşacaq.
Qarşılaşma yanvarın 22-də Marbelyadakı stadionda keçiriləcək.
Qeyd edək ki, "Bakı" qış təlim-məşq toplanışını İspaniyada həyata keçirəcək.
