5 yanvar 2014 13:00
Roberto Karlos: Cihan Ökara kimi...
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara barədə danışıb. Azerisport.az xəbər verir ki, braziliyalı ulduz millimizin üzvünün istedadlı futbolçu olduğunu bildirib:
Karlos Cihan və başqa bir neçə gəncin komandada qalacağını deyib: "Səviyyəli futbolçuların olduğu ehtiyat oyunçular skamyamız var. Cihan, Abdurrahman, Eren, Hakan, Niyazi, İbrahim və qapıçı Nihat kimi gənc istedadlar bizimlədi. "Sivasspor" kimi klubun çox səviyyəli ilk "11-liy"i ilə yanaşı, həm də 11 belə ehtiyat oyunçusu olmalıdı".
