4 yanvar 2014 16:15
Azərbaycan Yunanıstanla matçda qələbəni əldən verdi (YENİLƏNİB)
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda gülən tərəf olmayıb. İlk yarının sonlarında hesabı açan komandamız üstünlüyünü sona kimi qoruya bilməyib. Buna hətta rəqibin 70-ci dəqiqədə azlıqda qalması da mane olmayıb. 90+7-ci dəqiqədə vurulan cavab qolu tərəflərin startda 1 xalla kifayətlənməsinə gətirib çıxarıb.
Azərbaycan - Yunanıstan - 1:1 (1:0)
