4 yanvar 2014 00:20
Neftçinin yeni transferi nə vaxt gəlir?
"Neftçi"nin yeni transferi Luis Karlos Ruis paytaxt klubuna keçdiyinə dair növbəti xəbər yayıb. Azerisport.az xəbər verir ki, o, gələn həftənin ilk günündə Bakıya gələcəyini və "ağ-qaralar"ın toplanışına qatılacağını açıqlayıb.
Qeyd edək ki, o, bir neçə gün öncə belə bir xəbər də yaymışdı: "Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam". Düzdü, paytaxt klubunun rəsmiləri belə bir futbolçu ilə danışıq aparmadıqlarını bəyan etmişdilər. Amma görünür Ruisin "Neftçi"yə gəlişi gerçəkləşəcək.
Onu da əlavə edək ki, 26 yaşlı forvard karyerasının böyük hissəsini Kolumbiyanın "Junior" klubunda keçirib. O, son mövsümdə 37 oyuna 18 qol vurub.
