4 yanvar 2014 00:03
Belçika yığmasının sabiq forvardı Azərbaycan klubuna keçə bilər
Futbol üzrə Belçika yığmasının sabiq hücumçusu Faris Harun karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Məlumatda onun hansı klubumuza keçəcəyi göstərilməsə də, Premyer Liqa klublarımızdan təklif aldığı bildirilir.
Qeyd edək ki, 28 yaşlı forvardın son klubu İngiltərə "Midlsbro"su olub. Lakin bir neçə gün öncə bu klubla müqaviləsinin müddəti başa çatan futbolçu hazırda azad agentdi. Onunla yerli klublar "Sulte Varegem"in yaxından maraqlandığı bildirilir. Eyni zaman Norveç "Rusenborq"u və Qazaxıstan klubları da Harunu heyətinə qatmaq istəyir.
