4 yanvar 2014 22:14
Rəvandan Diniyev açıqlaması
"Rəvan" sabiq baş məşqçisi Şahin Diniyevlə bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb. Azerisport.az açıqlamanı olduğu kimi təqdim edir:
"Rəvan"da baş məşqçi dəyişikliyi baş verib. Şahin Diniyev qeyri-qənaətbəxş nəticələr və özündə komandanı irəli aparmaq potensialı görmədiyinə görə istefaya gedib. Öz ərizəsi ilə rəhbərliyə müraciət edən Diniyevin istəyi ikinci cəhddən sonra qəbul edilib. Onunla birgə məşqçilər korpusunda yer alan köməkçiləri - Nazim Əliyev və Xaliq Mərdanov da komandadan rəsmən ayrılıb. Yeni baş məşqçimizin kimliyi yaxın günlərdə açıqlanacaq".
