4 yanvar 2014 21:30
"Azərbaycan yığmasına qalib gələ bilərdik"
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Teodoros Paxaturidis fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyunu belə şərh edib:
“Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.
“Ümumilikdə, oyundan və nəticədən razıyam. Amma düşünürəm ki, müəyyən epizodlarda daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik.
Fasilədən sonra taktiki baxımdan bəzi dəyişikliklər etdik. Çünki birinci hissənin başa çatmasına bir neçə dəqiqə qalmış qol buraxmışdıq. Dəyişiklər xeyrimizə oldu.
Turnirdə əsas məqsədimiz futbolçuların hazırlıq səviyyəsini müəyyənləşdirməkdi”.
