4 yanvar 2014 15:30

Vüqar Nadirov: Qarabağ at ilində çempionluq həsrətinə son qoymalıdı

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
 
- Yeni ili necə qarşıladız?
- Yaxşı. Dubaya getmişdim. Yeni ili də elə orada qarşıladım.
 
- 2013-cü il sizin üçün nə ilə yadda qaldı?
- Mənim üçün müsbət il oldu. Pis məqamlar da var idi. Amma yaxşılar daha çox oldu.
 
- Ötən il siz ayın ən yaxşı oyunçusu seçilmədiz, heç bir qolunuz ən yaxşı adına layiq görülmədi, ilin ən yaxşıları arasında da yer almadınız. Buna rəğmən, yenə ili özünüz üçün müsbət hesab edirsiz?
- Mənim ağrılı yerimə toxundunuz. Bu baxımdan təbii ki, il mənim üçün yaddaqalan sayıla bilməz. Amma buna baxmayaraq, sabit oyun sərgilədiyimi düşünürəm. Deməzdim ki, çox yaxşı il keçirdim. Amma pis də hesab etmək olmaz.
 
- Bəs 2014-cü ildən nə gözləyirsiz?
- Yeni ildə daha yaxşı çıxış etməliyəm. Komandama daha çox xeyir vermək istəyirəm.
 
- "Qarabağ" at ilində nəyə nail ola bilər?
- Məhz bu ildə biz çoxdandı nail ola bilmədiyimiz çempionluğu qazanmaq istəyirik. Artıq bunun vaxtı yetişib.
 
- "Qarabağ"a yaxşı hücumçu lazımdı. Bununla razısız?
- Nikolas Gelaşvili yaxşı hücumçudu. Onun sadəcə, bəxti gətirmir. Düzdü, o, az qol vurur. Amma bu, o demək deyil ki, komandaya az fayda verir.
 
- Yunanıstan mətbuatı Çumbinyonun bu ölkəyə qayıtmağından tez-tez yazır. Sizcə, o, həqiqətən "Qarabağ"dan getmək istəyir?
- Mən də bu haqda oxumuşam. Amma onun klubla müqaviləsi var. Həm də bu futbolçunun komandamızdan getməyi arzuladığını hiss etməmişəm. Yunanıstan mətbuatı çox şey yaza bilər. Çumbinyo Azərbaycanda özünü yaxşı hiss edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.