4 yanvar 2014 14:20
İbrahim Üzülməz Lənkərana gələcəyini təsdiqlədi
İbrahim Üzülməz "Xəzər Lənkəran" komandasında baş məşqçi Mustafa Dənizlinin köməkçisi olacaq. Türkiyənin İhlas agentliyinin məlumatına görə tərəflər arasında razılıq əldə olunub.
Azerisport.az xəbər verir ki, İbrahim Üzülməz özü də bu məlumatı təsdiqləyib: "Mustafa Dənizliylə işləmək çox xoşdu. Biz artıq müəyyən detalları müzakirə etdik. Komanda bu günlərdə Antalyaya gələcək. Artıq hazırlıq planı hazırdı. Klub rəhbərliyi komandada işləyəcəyimi təsdiqləyəndən sonra münasibətlər rəsmiləşəcək. Azərbaycanda işləmək çox maraqlıdı. Tez bir zamanda komandanı gücləndirəcəyimizə inanıram".
