4 yanvar 2014 14:06
Popoviç: Türkiyədə qalacağam
Azərbaycanın U-21 yığmasının qapıçısı Andrey Popoviç Türkiyənin "Tavşanlı Linyitspor" klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları ildirib:
"Mən "Sumqayıt"a qayıtmıram. Böyük ehtimalla "Tavşanlı Linyitspor"da qalacağam. Çünki burada qalmağı özüm də istəyirəm".
Qeyd edək ki, Popoviçin sabiq komandası "Sumqayıt"a dönəcəyi gözlənilir. O, Türkiyə klubunda mövsümün geridə qalan dövrü ərzində heç bir oyunda forma geyməyib.