4 yanvar 2014 13:32
Tahir Süleymanov: Ruisin danışıq apardığı klub Neftçi deyil
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov kolumbiyalı hücumçu Luis Karlos Ruisi transfer edəcəkləri barədə xəbərlərə növbəti dəfə şərh verib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Biz onunla heç bir danışıq aparmırıq. O, "Neftçi"yə keçəcəyinə dair istədiyi qədər bəyanat verə bilər. Amma bu, sadəcə, onun öz fikirləridi. Biz onu komandamızda görmürük. 99 faiz əminliklə bəyan edirəm ki, biz bu qış transfer pəncərəsi dövründə legioner futbolçu almağa hazırlaşmırıq. Ola bilər hansısa digər klubumuz bu futbolçu ilə danışıq aparsın. Amma bu, "Neftçi" deyil".