4 yanvar 2014 13:00
Xəzər Lənkəran Antalyaya yola düşdü
Qısamüddətli fasilədən sonra “Xəzər Lənkəran” bu gün paytaxtda toplaşıb. Azerisport.az xəbər verir ki, komanda günorta saatlarında Türkiyə Hava Yollarının xidmətindən yararlanmaqla Bakı-İstanbul-Antalya aviareysi ilə qış təlim məşq toplanışı üçün qardaş ölkəyə yola düşəcək.
Antalyanın Bələk turizm bölgəsində “Ela Quality Resort” otelində məskunlaşacaq komandanın toplanış müddətində məşqləri və yoxlama oyunları “Xəzər Lənkəran” TV vasitəsilə ilk dəfə təqdim olunacaq.
