3 yanvar 2014 11:46

Rauf Əliyev: Kalonasın çox çətin xarakteri var

"Bakı"nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
 
- Öncə, sizi yeni il münasibətilə təbrik edirik. Necə istirahət edirsiz?
- Sağ olun. Yaxşı istirahət edirəm. Amma çox arxayınlaşmamağa çalışıram. Məşq edirəm ki, toplanış ərəfəsində formamı qoruya bilim.
 
- Ötən ili özünüz üçün necə qiymətləndirirsiz?
- Fikrimcə, hər şey normal idi. Baxmayaraq ki, uğur üzümə daim gülmürdü. Hərdən açıq şəkildə bəxtim gətirmirdi. Amma yeni ildə hər şeyin yaxşı olacağına inanıram. Çalışacağam.
 
- Ötən ili yığmamız üçün necə dəyərləndirə bilərsiz?
- 2013-cü ildə millimiz yaxşı nəticələr qazandı. Xüsusilə son üç matçda yaxşı oyun sərgilədik. Seçmə mərhələ çərçivəsində yalnız favoritlərə uduzduq. Portuqaliyaya hər iki görüşdə uduzduğumuz halda, Rusiyaya yalnız səfərdə yenildik. 9 xal yığa bildik ki, bu da çox yaxşı nəticədi. Ona görə də normal çıxış etdiyimizi deyə bilərəm. Amma bundan da artığına nail olmaq üçün çalışmalıyıq.
 
- "Bakı"nın 2013-cü ildəki çıxışı barədə nə deyə bilərsiz?
- Bu mövsümə o qədər də uğurlu başlamadıq. Amma fikrimcə, bu, gözlənilən idi. Çünki az qala heyətin yarısı dəyişmişdi. İnanıram ki, tədricən həm oyunumuz, həm də nəticələrimiz yaxşılaşacaq.
 
- "Bakı" cari mövsümdəki ən yaxşı bombardiri Mindauqas Kalonası transferə çıxarıb. O isə açıqlamasında komandadan getməsinin əsas səbəbkarları kimi sizinlə Əfran İsmayılovu göstərib...
- Mən baş məşqçi deyiləm və komandanı idarə etmirəm. Bu üzdən onun gedişinin səbəbkarı ola bilmərəm. Elə Əfran da mənim kimi. Bilirsiz, Kalonasın çox çətin xarakteri var. Onunla yola getmək çətindi. Bunu çoxları sübut edə bilər.
 
- Komanda ayın 11-də İspaniyaya yola düşəcək. Bu toplanışdan nə gözləyirsiz?
- Eşitmişəm ki, orada güclü komandalar toplanış keçəcəklər. Fikrimcə, bu, bizim üçün də maraqlı olacaq.
 
- Rəqiblərinizdən biri Çin klubu olacaq. Daha hansı klublarla qarşılaşmaq istərdiz?
- Daha güclü rəqiblərlə oynamağımız daha yaxşı olardı. Eşitmişəm ki, Madrid "Atletiko"su da bizə rəqib ola bilər. Amma bunun nə dərəcədə doğru olduğunu bilmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.