3 yanvar 2014 11:15
Allahverdiyev: Mövsümün ən yaxşıları Şükürovla Qurbanovdu
Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyev azerisport.az saytına açıqlamasında 2013-cü ilin ən yaxşı futbolçu və məşqçisinin adını açıqlayıb:
"Bir sıra sorğuların nəticələriylə tanışam. Fikrimcə, ilin ən yaxşı futbolçusu Mahir Şükürovdu. Azarkeşlər onun il ərzində necə oynadığını gördü. Onsuz da Mahir mükafat üçün deyil, komandasına görə mübarizı aparır. Ən yaxşı məşqçi kimi Qurban Qurbanovun adını çəkməliyəm. Onun rəhbərliyi altında komanda 5 ildir stabil oyun göstərir. Son mövsüm "Qarabağ" həm çempionatda mükafatçı oldu, həm də Avroliqada pley-offa qədər irəlilədi."
