3 yanvar 2014 18:13
Xəzər Lənkəranın futbolçusu Yunanıstan klubuna keçə bilər
"Xəzər Lənkəran"ın braziliyalı yarımmüdafiəçisi Vanderson Skarduelli qışda komandadan ayrıla bilər. Azerisport.az xəbər verir ki, onun Yunanıstan klubuna keçidi gündəmdədi.
Bu barədə yunan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı futbolçu "Panaitolikos" klubuna keçə bilər.
Qeyd edək ki, Skarduelli vaxtilə Yunanıstanın "PAS Yannina" klubunda da çıxış edib.
Qeyd edək ki, Skarduelli vaxtilə Yunanıstanın "PAS Yannina" klubunda da çıxış edib.
