3 yanvar 2014 14:30
Neftçinin legionerləri digərləri ilə müqayisədə daha çox istirahət edəcək
Hazırda digər Premyer Liqa təmsilçiləri kimi, "Neftçi" də istirahətdədi. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırlığa yanvarın 6-da start verəcək.
Klubdan verilən məlumata görə, "ağ-qaralar"ın legionerləri fasilədən yerli futbolçulara nisbətən gec qoşulacaq. Onlara yanvarın 8-9-dək vaxt verilib.
Qeyd edək ki, "Neftçi" yanvarın 12-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
